Britaniya-Niderland neft və qaz nəhəngi “Shell”, Britaniyanın “BP plc”nin alınması ilə bağlı danışıqlar barədə mətbuatda yayılan xəbərləri təkzib edib.
Bu barədə “Financial Times” məlumat yayıb.
“Shell”in rəsmi açıqlamasında deyilib: “Heç bir danışıqlar yoxdur. Şirkət böyük satınalma yolu ilə böyüməyə deyil, öz əməliyyatlarına fokuslanıb”.
Bundan əvvəl “Shell”in baş direktoru Vael Savan deyib ki, o, pulu “BP” ilə razılaşmadan çox şirkətin səhmlərinin geri alınmasına xərcləməyə üstünlük verir.
Bundan əvvəl “The Wall Street Journal” (WSJ) məlumatlı mənbələrə istinadən yazıb ki, “Shell” Britaniyanın BP-nin alınması ilə bağlı danışıqların ilkin mərhələsindədir.