26 C
Baku
Saturday, June 28, 2025

Bu il Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 523 mln. dollar olub

Cari ilin ilk beş ayında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 523 milyon dollar təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,3 faiz paya malik olub. Bununla da ölkəmiz Türkiyə, ABŞ, Rusiya, Çin və Qırğızıstandan sonra Gürcüstanın 6-cı ticarət tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 282,3 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çoxdur.

Azərbaycan Gürcüstanın ixracında 10,9 faiz payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan və Qazaxıstandan sonra 3-cü yerdə qərarlaşıb.

Gürcüstan Azərbaycandan idxal etdiyi məhsulların ümumi qiyməti 2,7 faiz azalaraq 240,6 milyon dollar təşkil edib. Azərbaycan qonşu ölkənin idxalında 3,3 paya malik olub və bu göstərici ilə ABŞ, Türkiyə, Rusiya, Çin, Böyük Britaniya və Almaniyadan sonra 6-cı yerdə qərarlaşıb.

Yanvar-mayda Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi dəyəri 9,79 milyard dollara bərabər olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13,3 faiz çoxdur.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər