26 C
Baku
Thursday, July 10, 2025

Paşinyan BƏƏ-də səfərdədir

Ermənistanın Baş naziri Nikol Paşinyanın BƏƏ-yə işgüzar səfəri başlayıb.

Bu ölkəyə yollanan Paşinyanı Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda BƏƏ-nin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan qarşılayıb.

Qeyd edək ki, Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər