Azərbaycan üzrə qızıl, mis və gümüş hasilatı ilə məşğul olan Böyük Britaniya şirkəti “Anglo Asian Mining plc” 2025-ci ilin ilk yarısı üzrə hasilat, satış və əməliyyat nəticələrini açıqlayıb.
Banker.az xəbər verir ki, Şirkət bu dövrdə ümumilikdə 16 378 qızıl ekvivalenti unsiya hasil edib və müsbət pul axını sayəsində xalis borcunu azaltmağa davam edib.
Hasilat şirkəti 2025-də ümumi hasilat 8 293 qızıl ekvivalenti unsiya təşkil edib. Bu da 2024-cü ilin eyni dövründəki 2 707 unsiya ilə müqayisədə 3 dəfə artımdır.
Şirkət mis hasilatı ilin ilk yarısında 654 ton olmaqla öncəki ilin eyni müddətini (46 ton) 14 dəfə üstələyir. Bu artımın bu qədər kəskin olması ötən iki ildə ekoloji məsələlərə görə hasilatda yaranan pauza idi.
Mədən şirkətinin hesabatında qeyd edilir ki, qızıl hasilatı 6 086 unsiya (öncəki ildə: 2 438 unsiya) idi. Gümüş hasilatı 32 033 unsiya (2024: 6 341 unsiya) olub.
“Gilar” yatağı 2025-ci ilin may ayında hasilata başlayıb və ikinci rübdə 106 510 ton filiz hasil olunub. Orta tərkibi: 1.23 q/t qızıl və 0.84% mis.
Bununla bildirilir ki, “Dəmirli” yatağı üzrə hasilata hazırlıq işləri plan üzrə davam etdirilir.