34 C
Baku
Sunday, July 20, 2025

Xanım səhmdar “Hermes Finance”dəki payını bir qədər də artırıb – Səhm bölgüsü dəyişib

Lizinq şirkəti “Hermes Finance” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

Banker.az xəbər verir ki, Nuranə Rızayeva-Mehralıyeva Ramiz qızı lizinq şirkətindəki səhmlərinin sayını 480 ədəddən 650 ədədə yüksəldib.

Bununla da onun “Hermes Finance” 16 faizdən 21.67 faizə yüksəlib.

Səhmlərini Nuranə Rızayeva-Mehralıyevaya ötürən Rəvan Cəfərov Əsəd oğludur. Belə ki, onun səhmlərinin sayı 1020 ədəddən (34 faiz) 850 ədədə (28.33 faiz) düşüb.

Əsas səhmdar Səbinə Sadiq Namiq qızının 1500 ədədlik (50%) payı isə dəyişməz qalıb.

 

Son xəbərlər
Digər xəbərlər