25 C
Baku
Sunday, August 10, 2025

Hindistanın neft idxalı xərcləri 20 milyard dollardan çox arta bilər

Hindistan ABŞ məhdudiyyətləri səbəbindən Rusiya xam neftinin alışını dayandırarsa, ölkənin xam neft idxalı xərcləri bu maliyyə ilində 9 milyard dollar, gələn il isə 12 milyard dollar arta bilər.

Bu barədə NDTV Hindistan Dövlət Bankının hesabatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Hindistan Ukraynadakı müharibədən əvvəl əsas təchizatçısı olan İraqdan, həmçinin Səudiyyə Ərəbistanı və BƏƏ-dən neft almağı düşünə bilər.

Araşdırmanın nəticələri ABŞ-nin Hindistan mallarına əlavə 25 % rüsum tətbiq etmək, sonra isə Rusiyadab neft idxalının davam etməsi səbəbindən onu iki dəfə artıraraq 50 %-ə çatdırmaq qərarına görə Yeni Dehli ilə Vaşinqton arasında artan gərginlik fonunda dərc edilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər