26 C
Baku
Tuesday, August 19, 2025

Anbar xidmətlərini həyata keçirən şirkət keçən il 2 mln. manat xalis mənfəət əldə edib

“Stock Baku” QSC-nin (Anbarım) 2024-cü ildə xalis mənfəət 1,97 mln. manata yüksələrək ömcəki illə nisbətdə 5,5% artıb. Halbuki, öncəki ildə 1,87 mln. manat xalis mənfəət əldə etmişdi.

Banker.az bu barədə şirkətin illik audit hesabatına istinadən xəbər verir.

Şirkətin maliyyə hesabatına əsasən, şirkətin gəlirləri illik müqayisədə 3,77 mln. manatdan 3,97 mln. manata yüksələrək 5,3% artıb. Satışların maya dəyəri 3,85% azalaraq 0,852 mln. manatdan 0,816 mln. manata düşüb. Nəticədə ümumi mənfəət 2,92 mln. manatdan 3,16 mln. manata qalxıb (8,2% artım).

İnzibati xərclər 0,55 mln. manatdan 0,70 mln. manata (27,2% artım) yüksəlib. Qalan digər əməliyyat göstəriciləri nəticəsində vergidən əvvəlki mənfəət 2,35 mln. manatdan 2,48 mln. manata, yəni 5,2% artıb.

Balans göstəricilərinə görə, şirkətin ümumi aktivləri 2023-cü ildəki 11,67 mln. manatdan 2024-cü ildə 12,99 mln. manata çatıb (11,3% artım). Uzunmüddətli aktivlər 7,99 mln. manatdan 10,27 mln. manata (28,5% artım) qalxıb, lakin cari aktivlər 3,68 mln. manatdan 2,73 mln. manata (25,8% azalma) düşüb.

Kapital həcmi 11,33 mln. manatdan 12,61 mln. manata yüksələrək 11,2% artıb. Ümumi öhdəliklər isə 0,33 mln. manatdan 0,39 mln. manata (16,8% artım) qalxıb.

Son xəbərlər
Digər xəbərlər