Ermənistan ADB-dən 45,3 milyon avro kredit cəlb edəcək

Ermənistan hökuməti səhiyyə sahəsində keyfiyyətin yüksəldilməsi üçün Asiya İnkişaf Bankından (ADB) 45,3 milyon avro məbləğində kredit cəlb edəcək.

Parlamentin Maliyyə-kredit və büdcə məsələləri üzrə komissiyasının iclasında kredit sazişinin ratifikasiyası haqqında qanun layihəsinə müsbət rəy verilib.

Kreditin müddəti 7 illik güzəşt və 11 illik ödəniş dövrü ilə birlikdə 18 il təşkil edəcək, orta faiz dərəcəsi 3,11 % təşkil edir.

Kredit tibbi infrastrukturun modernləşdirilməsinə, teletibb xidmətlərinin inkişafına, müəssisələrin lisenziyalaşdırılmasının təkmilləşdirilməsinə, hesabatların rəqəmsallaşdırılmasına və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəldiləcək.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər