Azərbaycan bank sektorunda müddətli əmanət yerləşdirən unikal müştərilərin (FİN üzrə) sayı artmaqda davam edərək 174 minə yüksəlib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 1 avqust tarixinə unikal FİN-lərin sayı 173 702 olub.
2023-cü ilin sonuna bu göstərici 106 723 nəfər təşkil etdiyi halda, 2024-cü ilin ilk yarısında bu göstərici 130 min nəfərə çatmış, ilin sonunda isə 150 min nəfəri keçmişdi.
- Oxşar yazı: Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depozit təklifləri – SİYAHI (sentyabr)
Qeyd edək ki, burada unikal əmanətçi dedikdə banka müddətli pul yerləşdirən fiziki şəxslər nəzərdə tutulur.
1 avqust tarixinə Azərbaycanda fiziki şəxslərin ümumi müddətli əmanətlərinin həcmi 9 milyard 519.9 milyon manata yüksəlib.
Müddətli əmanət –müvafiq müqaviləyə əsasən əvvəlcədən müəyyən edilmiş müddətə gəlirlərin əldə edilməsi məqsədi ilə yerləşmiş əmanət növüdür. Əgər əmanətçi pulu danışılmış müddətdən əvvəl götürmək istəyirsə bank bu işdə ona əngəl olan deyil, amma bu zaman hesablanmış faizlər ləğv oluna bilər. Müddətli əmanətlərdə faiz dərəcələri daha yüksək olur.