21 C
Baku
Friday, September 12, 2025

“AZENCO”nun xalis mənfəəti 47% azalıb – Buna səbəb nədir?

Azərbaycanda enerji-tikinti sektorunun aparıcı şirkəti  “AZENCO” ASC-nin illik xalis mənfəəti 2024-cü ildə 1.86 mln. manat olub ki, bu da 2023-cü ilin 3.53 mln. manat göstəricisinə nisbətən 47% azalma deməkdir.

Banker.az şirkətin illik audit hesabatına istinadən xəbər verir ki, şirkətin ümumi gəlirləri 31.31 mln. manat təşkil edib və bu, 2023-cü ilin 32.47 mln. manat gəlirindən 3.6% aşağıdır. Satış və xidmətlərin maya dəyəri isə 28.01 mln. manat olub ki, ötən ilin 28.06 mln. manatına yaxın səviyyədədir. Nəticədə əməliyyat mənfəəti 5.76 mln. manatla əvvəlki ilin 4.80 mln. manatından təxminən 20% artıb. Sual yarana bilər ki, o zaman nədən xalis mənfəət azalıb. Buna səbəb “Azenco”nun mənfəət hesabına 2020-ci illərin zərərini kompensasiya etməsidir. Şirkət buna görə, 2.95 mln. manat kompensasiya xərci çəkib.

Maliyyə xərcləri 0.29 mln. manat, məzənnə fərqi üzrə zərər isə 0.065 mln. manat təşkil edib ki, bu da 2023-cü il göstəricilərinə nisbətən azalma göstərir. Vergi xərcləri 0.46 mln. manat olub.

Balans hesabatına baxdıqda, şirkətin ümumi aktivləri 2024-cü ilin sonuna 235.63 mln. manat təşkil edib və bu, 2023-cü ilin 231.45 mln. manatından 1.8% çoxdur. Uzunmüddətli aktivlər 11.81 mln. manatla əvvəlki ilin 12.19 mln. manatından bir qədər aşağıdır. Qısamüddətli aktivlər isə 223.82 mln. manat olub, 2023-cü ilin 219.25 mln. manatından 2% çoxdur.

Kapital göstəricilərinə baxsaq, şirkətin ümumi kapitalı 176.85 mln. manat təşkil edib və ötən ilin 177.05 mln. manatına nisbətən azca – 0.1% azalıb. Ümumi öhdəliklər isə 58.77 mln. manat olub və bu, 2023-cü ilin 54.40 mln. manatından 8% çoxdur.

Xatırladaq ki, “AZENCO” ASC 2002-ci ildə yaradılıb, Azərbaycanın aparıcı enerji-tikinti şirkətidir. Onun nizamnamə kapitalı 6 837 298 manatdır. Şirkət “Azenco” Group” MMC-yə daxildir. Qrupun şirkətdə payı 97.56%-dir. Bu holdinq “Expressbank” ASC-nin səhmlərinin təxminən 48.8%-nə nəzarət edir.

65654645654654

Son xəbərlər
Digər xəbərlər