20 C
Baku
Sunday, September 21, 2025

Maliyyə Nazirliyi 8 ayda 167 milyon manat artıq və əsassız ödəniş aşkar edib

Bu ilin yanvar-avqust aylarında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Baş Prokurorluğun və hüquq-mühafizə orqanlarının qərarlarına, Xidmətin iş planına və plandankənar yoxlamalara əsasən ümumilikdə 85 obyektdə nəzarət tədbirləri aparıb.

Nəticədə 166,9 milyon manat məbləğində artıq və əsassız ödəniş aşkar edilib.

Həmin vəsaitin dövlət büdcəsinə bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün yoxlama materialları hüquq mühafizə orqanlarına göndərilib.

 

Mənbə Report

Son xəbərlər
Digər xəbərlər