Bu ilin yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 376.3 manat təşkil edib.
Banker.az bunu Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-iyul ayları ilə nisbətən 8.6% artıb.
Azərbaycanda ümumi işçilərin orta aylıq nominal əməkhaqqı illik 9.5 % artaraq 1 098.1 manat təşkil edib

 
                                    




