21:52 – Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş başa çatıb.
Görüş 2 saata yaxın davam edib.
Görüşün detalları ilə bağlı Türkiyə Prezident Administrasiyasının Mətbuat xidməti tərəfindən yazılı açıqlama veriləcəyi gözlənilir.
20:07 – ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Tramp ilə görüşü başlayıb.
Görüşdə iki lider ticarət, investisiya və müdafiə sənayesi başda olmaqla ikitərəfli əməkdaşlığı gücləndirəcək məsələləri müzakirə edəcəklər.
Bundan əlavə, F-35 proqramı, Suriya, Qəzzadakı vəziyyət və Rusiya-Ukrayna müharibəsi kimi mövzuların da gündəmə gələcəyi gözlənilir.
Qeyd edək ki, bu, Rəcəb Tayyib Ərdoğanın 6 ildən sonra Ağ Evə ilk səfəridir.