16 C
Baku
Wednesday, October 1, 2025

Bu il Misir turizmdən 10 milyard dollara yaxın gəlir əldə edib

Bu ilin yeddi ayı ərzində Misirin turizmdən gəlirləri 9.6 milyard dollara çatıb. Ölkəyə iyul ayının sonunadək təxminən 10 milyon turist gəlib.

Bunu Misirin turizm naziri Şərif Fəthi yerli televiziya kanalına açıqlamasında bildirib.

Qeyd edilməlidir ki, turizm sektoru ölkə üçün ən vacib valyuta mənbələrindən biri hesab olunur. Misir sahil kurortları və Nil çayı üzərində təşkil olunan su gəzintiləri sayəsində Orta Şərqdə ən yaxşı istirahət məkanlarından biri kimi tanınır. Bölgədəki geosiyasi gərginliyin azalmasından sonra ölkəyə gələn turistlərin sayında artım qeydə alınıb.

Bundan əlavə, Misir turist axınını təmin etmək üçün hotel otaqlarının sayını artırmaq üzərində işləyir. Misir hökuməti 2031-ci ilə qədər 340 min yeni hotel otağı əlavə etmək məqsədilə 35.4 milyard dollar dəyərində investisiya cəlb etməyi planlaşdırır. Bu addımla hotellərin ümumi otaq sayı 568 minə çatacaq. Müqayisə üçün deyilməlidir ki, 2024-cü ilin sonuna olan statistikaya görə, ölkədə hotellərin otaq sayı 228 min olub.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər