18 C
Baku
Thursday, October 2, 2025

“Politico”: ABŞ ÜDM-i şatdaun səbəbindən həftədə $15 milyard itirə bilər

ABŞ administrasiyası hesab edir ki, şatdaun ölkənin ÜDM-nin hər həftə təxminən 15 milyard dollar azalmasına gətirib çıxaracaq. “Politico”nun məlumatına görə, Ağ ev bu hesablamaları respublikaçı qanunvericilərə təqdim etməyi planlaşdırır.

ABŞ prezidenti Donald Trampın iqtisadi müşavirlərinin hesablamalarına görə, əgər hökumətin fəaliyyətinin dayandırılması bir ay davam edərsə, işsizlik 43 min nəfər artacaq, istehlak xərcləri isə 30 milyard dollar azalacaq. Bununla belə, bu qiymətləndirmələr təxminən 1.9 milyon federal məmurun məzuniyyətə göndərilməsi və ya maaşsız işləməsi faktorunu nəzərə almır.

Federal hökumət oktyabrın 1-dən qismən fəaliyyətini dayandırıb. Buna səbəb ABŞ Konqresində büdcə xərclərinin razılaşdırıla bilməməsi olub. Respublikaçı və Demokrat partiyaları şatdaunu siyasi məqsədlərlə yaratmaqda bir-birini günahlandırırlar.

Son xəbərlər
Digər xəbərlər