Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzinin məlumatına görə, Türkiyənin qərb hissəsində 5,0 maqnitudalı zəlzələ qeydə alınıb. “Reuters”in müxbiri xəbər verir ki, İstanbul sakinləri də təkanları hiss ediblər.
Türkiyənin Fövqəladə Hallar İdarəsinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 14:55-də (Bakı vaxtı ilə 15:55-də) baş verib. Yeraltı təkanların episentri Tekirdağ vilayətinin Çorlu şəhərindən 41 km cənub-şərqdə yerləşib.