“PMD”nin “Yeni Qalaaltı Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 67 954 560 manatdan 70 252 369 manata qaldırılıb.
Belə ki, otel şirkətinin kapitalı 2 297 809 manat artırılıb.
Xatırladaq ki, “Yeni Qalaaltı Hotel Company” 2014-cü ildə yaradılıb, qanuni təmsilçisi Rəşad Kərimzadədir.