Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər edəcək.
Bu barədə məlumatı “Vestnik Kavkaza” portalı yayıb.
Bildirilib ki, Overçuk oktyabrın 13-14-də Bakıda səfərdə olacaq və Rusiya, Azərbaycan və İran arasında keçiriləcək üçtərəfli görüşdə iştirak edəcək.
Hazırda səfərin detallarının müzakirə edildiyi qeyd olunub.