Fizulidə Türkmənistanın hədiyyəsi olan məscidin təməlqoyma mərasimi keçirilib.
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün iştirakçıları prosesdə onlayn iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türkmənistan xalqına təşəkkürünü çatdırıb.
Dualar oxunduqdan sonra dövlət başçılarının onlayn iştirakı ilə məscidin təməli qoyulub.