23 C
Baku
Wednesday, October 8, 2025

“PAŞA Kapital İnvestisiya Şirkəti”nin BFB-dəki cəmi əməliyyatlardakı payı 45%-ə çatıb

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin 2025-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasında həyata keçirdiyi əməliyyatların ümumi həcmi 36,4 milyard manat təşkil edib.

Banker.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 82% artım deməkdir.

Beləliklə, investisiya şirkətinin bazar payı 33%-dən 45%-ə qalxıb.

Artımın əsas drayverləri dövlət istiqrazları və repo əməliyyatları olub. Dövlət istiqrazları üzrə əməliyyat həcmi 3,41 milyard manatdan 9,6 milyard manata yüksələrək təxminən 2,8 dəfə artıb. Repo bazarında isə daha kəskin artım qeydə alınıb — 14,2 milyard manatdan 24,7 milyard manata qədər yüksələrək 74% artım göstərib.

Korporativ istiqrazlarla əməliyyatlar da artım trendində olub — 995,2 milyon manatdan 1,34 milyard manata çatıb.

Bununla yanaşı, səhm bazarında ümumilikdə zəiflik  bu investisiya şirkətinə də təsir edib. Bu seqmentdə “PAŞA Kapital”ın əməliyyatların həcmi 2,45 milyon manatdan 4,6 milyon manata yüksəlib.

Son xəbərlər
Digər xəbərlər