23 C
Baku
Wednesday, October 8, 2025

Sığorta şirkətləri üçün tibbi sığorta yüksək rentabelli olaraq qalır

Azərbaycanda tibbi sığorta bazarında yanvar–avqust dövrü üzrə yığımlarda artım müşahidə edilərkən, ödənişlərin aşağı düşməsi sığorta şirkətləri üçün bu sektorda mənfəətliliyi artırıb.

Banker.az Azərbaycan Mərkəzi Bankınn statistik bülleteninə istinadən xəbər verir ki, 2024-cü ildə tibbi sığorta haqları 93,6 mln manat təşkil edərkən, 2025-ci ildə bu rəqəm 101,4 mln manata yüksəlib. Bu, illik müqayisədə 8,3% artım deməkdir.

Ödənişlər isə eyni dövrdə azalma nümayiş etdirib.  Belə ki, 2024-cü ildə 62,1 mln manat olan ödənişlər 2025-ci ildə 58,8 mln manata geriləyib, yəni 5,2% azalıb.

Zərərlilik əmsalına baxdıqda, 2021-ci ildə ödənişlərin haqlara nisbəti 69,5% olub, 2022-ci ildə 59,0%-ə düşüb. 2023-cü ildə bu göstərici 53,3% səviyyəsinə geriləyib, lakin 2024-cü ildə yenidən artaraq 66,3%-ə yüksəlib.

2025-ci ildə isə zərərlilik əmsalı 58,1%-ə enərək son illərin ortalamasının bir qədər altında qalıb.

Son xəbərlər
Digər xəbərlər