25 C
Baku
Thursday, October 9, 2025

Azərbaycanda 2030-cu ilə kimi iki data mərkəz istifadəyə veriləcək

“Azintelecom” artan rəqəmsallaşma tələblərinə uyğun olaraq bu ildən etibarən iki yeni data mərkəzinin tikintisinə başlayıb.

Bunu “Fintex Forumu 2025”də çıxışı zamanı “Azintelecom” MMC-nin kommersiya direktoru Fərrux Fərəcullayev deyib.

O bildirib ki, Abşeronda yerləşən data mərkəzi üzrə işlərin 2027-ci ildə yekunlaşması planlaşdırılır.

Digər data mərkəzlərinə isə Hacıqabulda tikiləcək. Ümumilikdə iki data mərkəzlərinə üzrə işlər 2030-cu ilə kimi yekunlaşacaq.

Fərrux Fərəcullayev əlavə edib ki, bu, regionda ən böyük data mərkəzlərinə olacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər