2025-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı macar yazıçısı Laszlo Krasnoxorkaiyə verilib. Yazıçı mükafatı “apokaliptik dəhşətin qızğın vaxtında belə sənətin gücünü təsdiqləyən inandırıcı və uzaqgörən yaradıcılığına görə” alacaq, press-relizdə qeyd olunur.
Xatırladaq ki, 2024-cü ildə ədəbiyyat üzrə Nobel mükafatının laureatı Cənubi Koreya yazıçısı Han Qan olub.
Builki Nobel həftəsi oktyabrın 6-da başlayıb. Fiziologiya və tibb, fizika və kimya üzrə laureatların adları artıq açıqlanıb. 10 oktyabr Bakı vaxtı ilə saat 13:00-da isə sülh üzrə Nobel mükafatının qalibi açıqlanacaq.