Toyota RAV4 — bu, sadəcə brendin ən çox satılan krossoveri deyil. Keçən il o, bütün gözləntiləri üstələyərək Honda CR-V, Hyundai Tucson və Volkswagen Tiguan modellərini geridə qoydu. Dünyanın dörd bir yanındakı dilerlər 1 milyondan çox RAV4 satışı həyata keçirərək onu təkcə “Toyota” ailəsinin deyil, ümumilikdə bazarın ən çox satılan krossoveri etdilər.
İndi isə RAV4-ün fəxr etməyə daha bir səbəbi var — o, Toyota model sırasındakı ən yüksək etibarlılıq reytinqinə sahib olub.
“Toyota” modelləri ümumilikdə etibarlılığı ilə tanınır, amma “ən etibarlı” titulu hər zaman yalnız bir modelə məxsus olur. 2025-ci ildə bu ada RAV4 layiq görülüb.
Consumer Reports nəşrinin məlumatına görə, RAV4-ün etibarlılığı 100 mümkün baldan 86 ilə qiymətləndirilib. Bu göstərici onu dünyanın ən uzunömürlü avtomobilləri sırasına daxil etməklə yanaşı, “Toyota” model xəttində də zirvəyə qaldırır.
Proqnozlaşdırılan etibarlılıq göstəricilərinə görə RAV4 hətta çox populyar Camry və Corolla modellərini də qabaqlayır.
Bununla belə, bütün mənbələr modelin dözümlülüyünü eyni yüksək səviyyədə qiymətləndirmir. Məsələn, nüfuzlu RepairPal platforması RAV4-ə 5 mümkün baldan 4 verib. Qiymətləndirmə “təmir xərcləri, təmirin tezliyi və mürəkkəbliyi” kimi amillərə əsaslanır.
Yüksək nəticəyə baxmayaraq, Toyota-nın bu krossoveri əsas rəqibi Honda CR-V-ni geridə qoya bilməyib — CR-V 5 baldan 4,5 toplayaraq bir qədər üstün nəticə göstərib.