14 C
Baku
Tuesday, November 18, 2025

Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi həbs edilib – Yenilənib

19:47 – Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi mayor İlham Haqverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə qərar Bakı Hərbi Məhkəməsində verilib.

Həbs qətimkan tədbirinin müddəti 2 ay 20 gündür.

Qeyd edək ki, İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə ittiham olunur.


17:27 – Müdafiə Nazirliyinin “İstirahət evi” rəisi saxlanılıb.

Bununla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.

Mayor İlham Haqverdiyev rüşvət ittihamı ilə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə cinayət işi açılıb.

Onun barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub. Təqdimata baxılacaq.

Qeyd edək ki, İlham Haqverdiyevin saxlanılması barədə ilkin olaraq “Qafqazinfo” məlumat yayıb.

Müdafiə Nazirliyinin Abşeronun Görədil kəndində yerləşən Mərkəzi Sanatoriyası hazırda “İstirahət evi” adlanır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər