Konsaltinq şirkəti Interbrand dünya brendlərinin illik dəyər hesabatını açıqlayıb. Reytinqdə mövqe və qiymətləndirmələr dəyişsədə, ilk yüzlükdə Çindən yeni iştirakçılar görünsə də, analitiklər avtomobil sənayesinin ümumi dayanıqlığını vurğulayırlar.
Banker.az xəbər verir ki, Toyota avtomobil istehsalçıları arasında ən dəyərli marka seçilib və yalnız İT nəhənglərinə uduzaraq ümumi siyahıda 6-cı yeri tutub.Analitiklər qeyd edirlər ki, brendin dəyəri 2020-ci ildəki 51,6 mlrd dollardan sabit artımla 2025-ci ildə 74,2 mlrd dollara çatacaq; bu da ötən illə müqayisədə +2% artım deməkdir.
Mercedes-Benz-in brend dəyəri 15% azalaraq 50,1 mlrd dollara enib və şirkət ümumi siyahıda 10-cu olub. BMW də mənfi dinamika göstərib — 10% azalma ilə 46,8 mlrd dollar, 14-cü yer.
Avtomobil brendləri arasında Tesla 25-ci pillədə qərarlaşıb: markanın dəyəri bir il ərzində 35% geriləyərək 29,5 mlrd dollar olub. Şirkətdə mənfi tendensiya 2023-cü ildən müşahidə edilir.
Reytinqdə həmçinin Honda, Hyundai, Audi, Ferrari, Volkswagen, Porsche, Nissan və Kia var. Range Rover 97-ci yerdədir. Qeyd edək ki, ənənəvi amerikalı avtomobil markaları siyahıda təmsil olunmur, əvəzində bir neçə Çin brendi mövcuddur: Xiaomi 81-ci yerdə (9,5 mlrd dollar), Huawei 96-cı (7,6 mlrd dollar), ilk dəfə daxil olan BYD isə 90-cı yerdə (8,1 mlrd dollar).