20 C
Baku
Monday, October 20, 2025

ABB-yə məxsus maşınlar satışa çıxarılır – Qiymətlər

Banker.az xəbər verir ki, əmlaklara baxış hərracın keçirilmə tarixinədək hər həftənin cümə günü saat 14:00-16:00-a kimi keçirilir. (Nəqliyyat vasitələrinə baxış Sumqayıt şəhərində keçiriləcəkdir)

Beh “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin aşağıdakı hesabına köçürülməlidir.

Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər :
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.

Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir. Ünvan Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20-dir.

bb 2

Son xəbərlər
Digər xəbərlər