Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti Pro Construction Company ilə 10 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Cəlilabad Rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı işlərinin davamı (II mərhələ) nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 9 681 787 manatdır.
Pro Construction MMC — Azərbaycan Respublikasında tikinti-podrat fəaliyyətində olan şirkətdir.