15 C
Baku
Tuesday, October 21, 2025

“Atəşgah Həyat”ın rəhbərliyinə təyinat olub

“Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin idarəetmə strukturu ilə bağlı yeni kadr dəyişikliyi baş verib.

Banker.az xəbər verir ki, qərara əsasən, Könül Elman qızı İsgəndərova şirkətin Direktorlar Şurasının yeni üzvü kimi təsdiqlənib.

Sığorta sahəsində 15 ildən artıq peşəkar təcrübəyə malik Könül İsgəndərova, bu təyinatadək “Atəşgah” Sığorta Şirkəti ASC-də Biznesin inkişafı üzrə direktor vəzifəsində çalışmışdır.

Bununla da “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının üzvlərinin sayı sədrlə birlikdə üçə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər