15 C
Baku
Tuesday, October 21, 2025

Qazaxıstan-Azərbaycan İnvestisiya Fondu və SOCAR energetika sahəsində saziş imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində Qazaxıstan-Azərbaycan İnvestisiya Fondu (SK-AIH) və Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında çərçivə sazişi imzalanıb.

Bu barədə “Samruk-Kazyna” məlumat yayıb.

“İmzalanmış saziş çərçivəsində tərəflər bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi də daxil olmaqla, enerji sahəsində birgə layihələr portfelini müəyyən etməyi planlaşdırırlar. “SK-AIH” fondu minoritar səhmdar qismində çıxış edəcək. Əməkdaşlıq Qazaxıstanla Azərbaycan arasında investisiya əlaqələrinin genişləndirilməsi və yaşıl iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır”, – məlumatda qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər