17 C
Baku
Wednesday, October 22, 2025

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə 7 pillə geriləyib

Bu ilin sentyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 154 ölkə arasında öncəki ayla müqayisədə 7 pillə geriləyərək 84.02 MB/S sürətlə 83-cü yerdə qərarlaşıb.

Banker.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Suriya tutub.

Azərbaycan mobil internetin sürətinə görə avqust ayına nisbətən sentyabrda 1 pillə geriləyərək 78.34 MB/S sürətlə 107 ölkə arasında 52-ci olub. Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Boliviya tutub.

Son xəbərlər
Digər xəbərlər