2025-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
Bildirilib ki, iclas zamanı Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub.
Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 3 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə irad bildirilib və 1 vəkilə isə töhmət verilib.