20 C
Baku
Sunday, October 26, 2025

Tramp HƏMAS-a 48 saat vaxt verib

Yaxın Şərqdə çox güclü sülh formalaşıb və inanıram ki, o əbədi olacaq.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media hesabında yazıb. O bildirib ki, HƏMAS iki amerikalı da daxil olmaqla, ölən girovların cəsədlərini tez bir zamanda qaytarmağa başlamalıdır, əks halda bu böyük sülhdə iştirak edən digər ölkələr hərəkətə keçəcək.

“Cəsədlərin bəzilərinə çatmaq çətindir, digərlərini isə indi geri qaytarmaq mümkündür, amma nədənsə etmirlər. Ola bilsin ki, bu, onların tərksilah edilməsi ilə bağlıdır. Lakin mən hər iki tərəfə ədalətli davranılacaq deyərkən bunun öz öhdəliklərini yerinə yetirənlərə şamil olunduğunu nəzərdə tuturdum. Gəlin onların növbəti 48 saat ərzində nə edəcəklərinə baxaq. Mən bunu çox diqqətlə izləyirəm”,- deyə Tramp əlavə edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər