17 C
Baku
Sunday, October 26, 2025

Tramp: ABŞ Yaponiya və Cənubi Koreya ilə ticarət müqavilələri bağlamağa yaxındır

ABŞ tezliklə Asiyadakı bir sıra tərəfdaşları, o cümlədən Yaponiya və Cənubi Koreya ilə ticarət müqavilələri bağlayacaq və ya bağlamağa yaxın olacaq.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Kuala Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitində bildirib.

“Cənub-Şərqi Asiya Amerikanın ən vacib müttəfiqlərindən və tərəfdaşlarından biridir. Bütün dünya sizə baxır”, – deyə o, ASEAN-ABŞ sammitində çıxış edərkən bildirib.

“Bu həftə Malayziya ilə razılaşmaya əlavə olaraq, Kambocadan Yaponiyaya və Cənubi Koreyaya qədər Hind-Sakit Okean bölgəsindəki bir çox digər tərəfdaşlarımızla ticarətlə bağlı [müqavilələr] imzaladığımızdan və ya yaxınlaşdığımızdan məmnunuq”, – deyə D.Tramp bildirib. O qeyd edib ki, Vaşinqton enerji, texnologiya, süni intellekt, vacib minerallar və digər sənaye sektorlarında əməkdaşlığı inkişaf etdirmək istəyir.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər