30 il sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2025-ci ilin üç rübünə olan nəticələri açıqlayıb.
Bu ilin doqquz ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 11 158 850,99 AZN təşkil edib.
Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 9 260 373,83 AZN olmaqla Könüllü Tibbi Sığorta üzrə olmuşdur və keçən ilin hesabat dövrü ilə müqayisədə artıb.
KASKO və əmlak sığortası üzrə mükafatların həcmi də artıb ki, bu da A-Qroup şirkətinin sabit və müsbət artım dinamikasını daha da nümayiş etdirir. KASKO mükafatları 1 119 312,22 AZN, əmlak sığortası üzrə isə 549 395,1 AZN təşkil edib.
2025-ci ilin üçüncü rübünün ərzində A-Qroup-un sığortalıları 8 365 260,1 AZN məbləğində ödəniş almışlar. Orta hesabla, cari ilin 9 ayı ərzində A-Qroup şirkəti tərəfindən müştərilərə hər gün 31 000 AZN- nə yaxın pul ödənilib.
A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 30 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.







