20 C
Baku
Tuesday, October 28, 2025

“Amazon” 30 minə qədər korporativ işçini ixtisar edir

“Amazon” 30 minə qədər korporativ əməkdaşı işdən çıxarmağı planlaşdırır, bu barədə “Reuters” agentliyi məlumat yayıb. İxtisarlar 2025-ci il oktyabrın 28-dən başlaya bilər. “Amazon” nümayəndəsi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Agentliyin qeyd etdiyinə görə, 30 min nəfərin işdən çıxarılması şirkətin 350 min nəfərlik korporativ heyətinin təxminən 10%-dən bir qədər azını təşkil edir, lakin ümumi 1,55 milyon əməkdaş fonunda bu, nisbətən kiçik göstəricidir.

Mənbələrin sözlərinə görə, ixtisarlar insan resursları şöbəsini, cihaz və xidmətlərin hazırlanması ilə məşğul olan bölmələri və digər departamentləri əhatə edə bilər.

“Reuters” qeyd edir ki, şirkətin rəhbəri Endi Cessi “Amazon”da bürokratiyanı azaltmağa çalışır, o cümlədən menecerlərin sayını ixtisar etməklə. Məsələn, o, səmərəsizliklə bağlı anonim şikayətlər üçün xətt istifadəyə verib və bu xətt vasitəsilə 450-dən çox dəyişiklik həyata keçirilib.

2025-ci ilin oktyabrında “The New York Times” (NYT) “Amazon”un anbarlarda malların saxlanması, sifarişlərin çeşidlənməsi və çatdırılması ilə bağlı proseslərin 75%-nin avtomatlaşdırılması və potensial iş yerlərinin azaldılması strategiyası barədə məlumat vermişdi.

Son xəbərlər
Digər xəbərlər