20 C
Baku
Tuesday, October 28, 2025

“Azəristiliktəchizat”ın yığılmış zərəri ₼133 milyonu ötüb

2024-cü ildə “Azəristiliktəchizat” ASC-nin yığılmış zərəri artıb.

Banker.az ASC-nin balans hesabatına istinadən xəbər verir ki, ötən il “Azəristiliktəchizat”ın yığılmış zərəri 5.4% və ya  6 milyon 784 min manat artaraq 31 dekabr 2024-cü il tarixində 133 milyon 34 min manata çatıb.

2023-cü ilin sonunda “Azəristiliktəchizat” şirkətinin yığılmış zərəri 126 milyon 250 min manat təşkil etmişdi.

Bu ilin yanvar ayının 1-nə  “Azəristiliktəchizat”ın cəmi aktivləri 149 milyon 365 min manat, cəmi öhdəlikləri 84 milyon 178 min manat, cəmi kapitalı isə 65 milyon 187 min manat təşkil edib.

Qeyd edək ki, Azəristiliktəchizat ASC — İstilik təchizatı sahəsində mərkəzləşdirilmiş istilik və isti su xidmətləri göstərən və səhmlərinin 100 faiz paketi dövlətə məxsus şirkətdir.

Son xəbərlər
Digər xəbərlər