17 C
Baku
Wednesday, October 29, 2025

SOCAR-a yaxın yeni şirkət təsis edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yaxın yeni şirkət təsis edilib.

Banker.az xəbər verir ki, bu, “SOCAR Quba-Xəzəryanı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkətin 1000 manat nizamnamə kapitalı var və “SOCAR Tower” Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121 ünvanında yerləşir.

Cari ilin yayında SOCAR ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Quba-Xəzəryanı ərazisində karbohidrogen potensialının kəşfiyyatı, işlənməsi və hasilatı layihəsi üzrə texniki və iqtisadi qiymətləndirmə məqsədilə birgə tədqiqat işlərinin aparılmasını nəzərdə tutur.

Eyni zamanda “Gran Tierra Energy Inc.” şirkəti layihə üzrə mövcud geoloji və texniki məlumatları, həmçinin logistika və infrastruktur potensialını təhlil edəcək. Geoloji kəşfiyyat proqramı və əsas kommersiya şərtləri razılaşdırıldıqdan sonra Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması üzrə iş aparılacaq.

Qeyd edək ki, baş ofisi Kanadanın Kalqari şəhərində yerləşən “Gran Tierra Energy Inc.” beynəlxalq enerji şirkəti hazırda Kanada, Kolumbiya və Ekvadorda neft və təbii qazın axtarışı və hasilatı ilə məşğuldur.

Son xəbərlər
Digər xəbərlər