2025-ci ilin 1 oktyabr tarixinə hüquqi şəxslərin banklardakı depozitlərinin ümumi həcmi 21.21 mlrd. manat olub ki, bu da ilin əvvəlindən 9.0% azalma deməkdir.
Bazarın lideri Kapital Bankdur — onun hüquqi şəxslər üzrə depozit portfeli 5.58 mlrd. manat təşkil edir və ümumi bazarın təxminən 26.3%-ni tutur. Onu ABB (5.48 mlrd. manat, 25.8%) və PAŞA Bank (5.01 mlrd. manat, 23.6%) izləyir.
Xalq Bank (1.08 mlrd. manat, 5.1%) və Azər Türk Bank (984.4 mln. manat, 4.6%) isə ilk beşliyi tamamlayır.
Beləliklə, ilk beş bank hüquqi şəxslərin depozitləri bazarının təxminən 85%-ni cəmləşdirib.








