16 C
Baku
Saturday, November 1, 2025

Sudan Azərbaycan şirkətlərini müxtəlif sahələrə investisiya yatırmağa dəvət edib

İki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır. Bu mexanizmin məqsədi Sudan və Azərbaycanın beynəlxalq və regional məsələlərdə mövqelərini uzlaşdırmaq, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ətraf mühit və iqlim dəyişiklikləri kimi məsələlərdə vahid mövqedən çıxış etməsini təmin etməkdir.

Bu sözləri Sudanın fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa söyləyib.

O bildirib ki, hazırda Sudan hökuməti Azərbaycanla birgə layihələr üzərində işləyir və prioritet istiqamətləri müəyyənləşdirir: “Sudan təbii sərvətlərlə zəngin ölkədir, burada neft, qaz və qızıl ehtiyatları var. Bununla yanaşı, ölkə kənd təsərrüfatı və heyvandarlıq məhsullarının əsas ixracatçılarındandır. Sudan tərəfi Azərbaycan şirkətlərini bu sahələrə investisiya yatırmağa və qarşılıqlı faydalı əməkdaşlıq qurmağa dəvət edib. Bu əməkdaşlıq həm Sudan iqtisadiyyatının inkişafına, həm də Azərbaycanın Afrika qitəsində iqtisadi mövqeyinin möhkəmlənməsinə xidmət edəcək”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər