13 C
Baku
Monday, November 3, 2025

Kredit təşkilatı bağlanır – Mərkəzi Bank lisenziyasını ləğv etdi

Azərbaycan Mərkəzi Bankı “İnci Kredo Kredit İttifaqı” MMC-nin lisenziyasını ləğv edib.

Banker.az xəbər verir ki, bununla da kredit ittifaqlarının sayı 34-ə düşüb.

Kredit ittifaqı 2011-ci ildə 5 459 manat nizamnamə kapitalı ilə yaradılmışdı. Kİ Lənkəran şəhərində təsis edilsə də, sonradan Xaçmaz rayonuna, daha sonra isə Bakı şəhəri Xətai rayonu, Sabit Orucov ev.2 M.24 ünvanına köçmüşdü.

Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.

Son xəbərlər
Digər xəbərlər