14 C
Baku
Tuesday, November 4, 2025

“Azərikard” Prosessinq Mərkəzi banklararası əməkdaşlığı yeni səviyyəyə yüksəldir – Bratislava və Vyanada beynəlxalq görüşlər

®15–19 oktyabr 2025-ci il tarixlərində Azərikard-ın rəhbərliyi və xidmət göstərdiyi bankların yüksək vəzifəli nümayəndələrindən ibarət heyət Slovakiyanın Bratislava və Avstriyanın Vyana şəhərlərində bir sıra işgüzar görüşlər keçirib. Səfərə Azərikard-ın baş direktoru Fərid Quliyev rəhbərlik edib. Bu təşəbbüs banklar arasında əlaqələndirmə mühitini gücləndirmək, beynəlxalq maliyyə texnologiyaları üzrə təcrübə mübadiləsini təşviq etmək və yerli ödəniş ekosisteminin davamlı inkişafına töhfə vermək məqsədi daşıyırdı.

16 oktyabrda Bratislavada Avropanın 11 ölkəsində “Raiffeisen” banklarına xidmət göstərən Raiffeisen Processing Center-in (RPC) rəhbərliyi ilə görüş keçirilib. Görüşdə RPC-nin baş direktoru Marko Rankoviç və şirkətin rəhbər heyət üzvləri iştirak ediblər. Tərəflər süni intellektin ödəniş sistemlərinə tətbiqi, təhlükəsizlik texnologiyalarının təkmilləşdirilməsi, əməliyyatların optimallaşdırılması və mümkün əməkdaşlıq istiqamətləri barədə geniş fikir mübadiləsi aparıblar.

Azərikard-ın baş direktoru Fərid Quliyev bildirib:

“Ölkənin ödəniş sektorunun inkişafında beynəlxalq təcrübənin rolu əhəmiyyətlidir. RPC kimi Avropanın aparıcı maliyyə institutları ilə birbaşa dialoq həm bilik mübadiləsini gücləndirir, həm də ölkənin ödəniş sistemlərinin daha çevik və müasir yanaşmalarla zənginləşməsinə şərait yaradır. Azərikard olaraq bu körpünü qurmaqdan məmnunuq.”

Nümayəndə heyəti səfəri Vyana şəhərində davam etdirərək ödəniş texnologiyaları üzrə qlobal şirkət olan OpenWay Global-ın rəhbərliyi ilə görüş keçirib. Şirkətin baş direktoru Pavel Qubin Avropa, Asiya və Amerika bazarlarında reallaşdırılan ödəniş innovasiyaları barədə məlumat verib. Dialoq çərçivəsində kart texnologiyaları, regional ödəniş modelləri və rəqəmsal transformasiya prosesləri müzakirə olunub. Pavel Qubin bildirib:

“Azərbaycan ödəniş bazarı regionda diqqət çəkən dinamikaya malikdir. Azərikard bu inkişafın mərkəzində dayanaraq həm ödəniş sektorunu, həm də innovasiyaları əlaqələndirən çox önəmli oyunçudur.”

Səfərin yekunlarına dair Fərid Quliyev vurğulayıb:

“Bizim məqsədimiz bank tərəfdaşlarımız arasında uzunmüddətli və davamlı əməkdaşlıq mühiti formalaşdırmaq, beynəlxalq təcrübəni ölkəmizə gətirmək və yeni nəsil ödəniş sistemlərinə birgə keçidi təmin etməkdir.”

Bank nümayəndələri səfərin yüksək peşəkarlıqla təşkil olunduğunu, müzakirələrin açıq və məqsədyönlü aparıldığını qeyd ediblər. Bu təşəbbüs həm yerli ödəniş sistemlərinin təkmilləşdirilməsinə, həm də banklararası etimad və qarşılıqlı əməkdaşlıq mədəniyyətinin möhkəmlənməsinə xidmət edib.

Azərikard gələcəkdə də beynəlxalq təcrübə mübadiləsini genişləndirmək, yüksək texnoloji ödəniş həllərinə sərmayə yatırmaq və bank tərəfdaşları ilə birlikdə ödəniş infrastrukturu üçün daha effektiv inkişaf modelləri formalaşdırmaqda qərarlıdır.

123 6K3B4644 scaled 301 6K3B5051 scaled 306 6K3B5062 scaled 320 3I6A4842 scaled 326 6K3B5126 scaled 387 6K3B5210 scaled 427 3I6A5070 scaled 450 3I6A5115 scaled 462 3I6A5121 scaled 558 6K3B5543 scaled 569 3I6A5222 scaled 612 6K3B5716 scaled 614 6K3B5727 scaled 615 6K3B5739 scaled  621 3I6A5322 scaled 622 3I6A5332 scaled 706 3I6A5546 scaled 764 3I6A5809 scaled 928 3I6A6348 scaled

Son xəbərlər
Digər xəbərlər