Geyim mağazaları şəbəkəsi “Inditex”in yaradıcısı Amansio Orteqa “Forbes” jurnalının dərc etdiyi İspaniyanın 100 ən varlı adamı reytinqində birinci yeri tutub. Jurnalın məlumatına görə, 89 yaşlı Orteqanın sərvəti 109,9 milyard avro olaraq qiymətləndirilir.
İkinci yerdə “Inditex”in təsisçisinin qızı Sandra Orteqa (10 milyard avro), üçüncü yerdə isə nəqliyyat və infrastruktur sektoru üzrə fəaliyyət göstərən “Ferrovial” şirkətinin rəhbəri Rafael del Pino Kalvo-Sotelo (8 milyard avro) qərarlaşıb.
Hazırda “Inditex”in dünyanın təxminən 100 ölkəsində 5,5 mindən çox mağazası var. Şirkətin ən tanınmış brendləri “Zara”, “Pull&Bear”, “Massimo Dutti”, “Bershka”, “Stradivarius” və “Oysho” hesab olunur. “El País” qəzetinin məlumatına görə, Orteqa 2014-cü ildən bəri “Forbes” reytinqində birinci yeri tutur.







