Gürcüstanın Avropa İttifaqına (Aİ) qəbul prosesi 2024-cü ildən faktiki olaraq dayandırılıb, ölkə yalnız nominal olaraq İttifaqa qəbul üçün namizəd sayılır.
Bu barədə Aİ-nin genişlənməyə dair illik hesabatında qeyd olunub.
“Sənəddə bildirilir ki, Avropa Komissiyası Gürcüstanın Aİ-yə qəbul prosesinin 2024-cü ildən etibarən faktiki olaraq dayandığı qənaətinə gəlib. 2024-cü ilin dekabrında Avropa Şurasının qərarına və Gürcüstandakı geriləməyə görə, Avropa Komissiyası Gürcüstanı yalnız nominal namizəd ölkə hesab edir”, – deyə sənəddə vurğulanır.






