Neft Fondu banklara 50 miln. dollar satıb

Mayın 31-da Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 40 milyon dolları 3 banka, 10 milyon dolları isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb.

Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər