20 C
Baku
Saturday, November 8, 2025

ABŞ G20 sammitində iştirak etməyəcək

G20-nin Cənubi Afrikada keçirilməsi tamamilə rüsvayçılıqdır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. O bildirib ki, niderlandlı köçkünlərin, eləcə də fransız və alman immiqrantlarının nəslindən olan afrikanerlər öldürülür, torpaqları və fermaları qanunsuz olaraq müsadirə olunur.

“Burada insan haqlarının pozulması davam etdiyi müddətcə heç bir ABŞ hökumət rəsmisi bu tədbirdə iştirak etməyəcək. 2026-cı ildə Florida ştatının Mayami şəhərində G20-yə ev sahibliyi etməyi səbirsizliklə gözləyirəm”,- deyə Tramp əlavə edib.

Qeyd edək ki, G20 sammiti noyabrın 22-23-də Yohannesburqda keçiriləcək.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər