19 C
Baku
Monday, November 10, 2025

Sumqayıtdan Bakıya yeni “BakuBus”lar istifadəyə veriləcək

Noyabrın 12-dən etibarən Sumqayıtdan Bakıya sərnişin daşınmasının həyata keçirilməsi məqsədilə yeni marşrut avtobusu xəttə buraxılacaq.

Xəttə buraxılacaq 500 nömrəli marşrut avtobusu Sumqayıt şəhərindəki Heydər Əliyev parkının qarşısından hərəkətə başlayacaq. Avtobus Ceyranbatan qəsəbəsindən keçməklə metronun “20 Yanvar” stansiyasına sərnişin daşınmasını həyata keçirəcək.

Sözügedən nəqliyyat vasitəsi “BakuBus” MMC-yə məxsusdur.

Xətt üzrə “BMC Procity CNG” markalı 18 metrlik (4 qapılı) avtobuslar fəaliyyət göstərəcək.

Məqsəd Ceyranbatan qəsəbəsi ərazisində sərnişin sıxlığını azaltmağa yönəlib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər