Avtobuslarda da gedişhaqqını bank kartları ilə ödəmək mümkün olacaq.
İlin sonunadək Bakıda marşrut avtobuslarında bu sistemin tam tətbiqi nəzərdə tutulur.
“Bakı Kart”ın operatoru – “K Group” MMC-nin müştəri xidmətləri üzrə baş mütəxəssisi Mehriban Əhmədova bildirib ki, ilin sonunadək bütün marşrut avtobuslarında da NFC ödəniş sistemi tam şəkildə tətbiq olunacaq.
Mehriban Əhmədovanın sözlərinə görə, bu ödəniş sistemi balansda kifayət qədər vəsait olmasa belə, birdəfəlik keçid imkanı təqdim edəcək. Növbəti gedişdən əvvəl isə istifadəçi kart balansını artıraraq əvvəlki ödənişi tamamlamalıdır.
Şirkət rəsmisi onu da qeyd edib ki, bu yenilik bütün yerli bank sektorunu əhatə edir, yəni istənilən bank kartı ilə avtobuslarda gedişhaqqının ödənişi mümkün olacaq.








