18 C
Baku
Tuesday, November 11, 2025

Baffet 1,3 milyard dollardan çox pulu xeyriyyə fondlarına bağışlayacaq

“Berkshire Hathaway” şirkətinin 95 yaşlı baş direktoru Uorren Baffet kompaniyasının 1,3 milyard dollardan çox səhmlərini xeyriyyə fondlarına bağışlayacağını açıqlayıb.

O, bu barədə şirkətin səhmdarlarına vida məktubunda bildirib.

Baffet “Berkshire Hathaway”in 1 800 səhmini A kateqoriyasından uşaqların xeyriyyə fondlarına bağışlanılması üçün 2 700 000 B kateqoriyasına çevirib. 1500 000 səhm “Susan Thompson Buffett” fonduna, hər biri isə 400 000 səhm isə “Howard Buffett”, “The Sherwood” fondlarına və “NoVo”ya veriləcək.

Baffet məktubunda qeyd edib ki, ömrünün sonuna qədər uşaqlarının fondlarına ianələrini artırmağı planlaşdırır.

Baffet holdinqə altı ildən çox rəhbərlik etdikdən sonra 2025-ci ilin sonunda baş direktor vəzifəsindən istefa vermək qərarına gəlib. O, şirkətin direktorlar şurasının sədri olaraq qalacağını qeyd edib.

Baffetin varisi Qreq Abelin onu 2026-cı ildə əvəz edəcəyi gözlənilir.

İnvestor hazırda dünyanın ən varlı insanların siyahısında 10-cu yerdədir. “Forbes”in məlumatına görə, Baffetin sərvəti 148 milyard dollardan çox qiymətləndirilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər