18 C
Baku
Wednesday, November 12, 2025

Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib

Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin martından lisenziya ilə çalışan “Money Shop” MMC-yə Bakıda daha bir valyuta mübadiləsi məntəqəsi açmaq üçün lisenziya verib. Bu lisenziya, şirkətin nizamnamə kapitalını 330 min manat artırdıqdan sonra baş verib.

Banker.az bunu tənzimləyiciyə  istinadən xəbər verir.

Beləliklə, “Money Shop”un “exchange”lərinin sayı 2-yə çatıb. Həmin “exchange” Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 22 ünvanında fəaliyyət göstərəcək.

Bu şirkət “BAKI MƏRKƏZİ VALYUTA” MMC-dən sonra ikinci şirkətdir ki, iki valyuta mübadiləsi məntəqəsi var.

“Money Shop”dan başqa daha 6 şirkət – “Eliko”, “Delta Capital”, “Zuhur”, “Bakı Mərkəzi Valyuta”, “Meta-Kapital” və “MMK-014” MMC-lər müvafiq lisenziyaya malikdirlər.

Xatırladaq ki, “Money Shop” ilk lisenziyanı 2024-cü ildə alıb. Şirkətin nizamnamə kapitalı iki ay öncə 660  min manatdan 990 min manata yüksəldilib.

Son xəbərlər
Digər xəbərlər